Mədəkiçiltmə əməliyyatına hər xəstə gedə bilməz VİDEO


Digərləri 15 Apr 2018 21:12:00 271 0

Mədəkiçiltmə əməliyyatına hər xəstə gedə bilməz  VİDEO

Bu gün mədəkiçiltmə əməliyyatına estetik cərrahiyyə kimi baxılır. Həkimlər isə bildirirlər ki, hər xəstə bu əməliyyata gedə bilməz. Mədəkiçiltmə əməliyyatı yalnız piylənmədən əziyyət çəkən, bunun sayəsində də müxtəlif xəstəliklərə düçar olan və diyeta ilə arılqlaya bilməyən pasiyentlər üzərində həyata keçirilməlidir. Çünki, bu əməliyyatın hətta ölümlə nəticələnə bilən ciddi fəsadları əmələ gələ bilər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, mədəkiçiltmə əməliyyatı ciddi fəsadlara yol aça, hətta ölümlə də nəticələnə bilər.

Həkimlər deyirlər ki, əksər insanlar Bariatrik cərrahiyyəyə, yəni mədəkiçiltmə əməliyyatına estetika xatirinə müraciət edirlər. Amma bu əməliyyatın məqsədi pasiyentləri piylənmədən yaranan bir sıra xəstəliklərdən xilas etməkdir.

Cərrah Samir Hacıbalayev deyir ki, mədəkiçiltmə əməliyyatı üçün ona müraciət edən xəstələrin 65-70 faizinə diyeta saxlamağı məsləhət görərək bu əməlliyyatdan imtina edib. Çünki, bu əməlliyyat bir sıra ciddi fəsadlar yarada, hətta ölümlə də nəticələnə bilər. Ölkə xaricində bu əməlliyyatın fəsadlarından ölənlər də olub.


Xəbərə aid video