Cozef Safra: Dünyanın ən varlı bankiri


Digərləri 15 Apr 2018 20:35:00 290 0

Cozef Safra: Dünyanın ən varlı bankiri

Keçən il braziliyalı oliqarx olam Cozef Safra-nın sərvəti 15,7 milyard dollara çatdı. Bununla da, məşhur ticarət sülaləsinin 4-cü nəslinin nümayəndəsi dünyanın ən varlı bankiri adına sahib oldu.

Son.az bizplus.az-a istinadən bildirir ki, Cozef Safra-nın maliyyə imperiyasını əsasını ilk növbədə Banco Safra (Braziliya), J.Safra Sarasin (İsveçrə) və Safra National Bank of New York (ABŞ) bankları təşkil edir. Bundan əlavə, braziliyalı milyarder bütün dünya üzrə çox sayda daşınmaz əmlak nümunəsinə sahibdir. Ümumilikdə Safra Group-un strukturlarının nəzarəti altında minimum 200 milyard dollar vardır.

Safra-nın maliyyə biznesinin tənqidçiləri belə iddia edirlər ki, tam xidmət spektrı təqdim edən beynəlxalq banklarla müqayisədə Safra Group-un müstəqil bankları daha az rəqabətə davamlılığa malikdirlər. 5 il əvvəl bu qrupların nümayəndələri bu ittihamlara cavab vermişdilər. Onlar bildirmişdilər ki, Banco Safra bankının müstəqilliyi saxlanılacaq. Bununla da, biznes əvvəllər olduğu kimi Safra ailəsinə mənsub olacaq. Məşhur ailə isə öz növbəsində biznesini qlobal strukturlara satmağı planlaşdırmır.

Cozef Safra haqqında bir sıra maraqlı faktlar mövcuddur: Cozef Safra uzun illər burada yaşamasına baxmayaraq Braziliyanı öz vətəni hesab etmir. O heç də həmişə braziliyalılar üçün doğma dil olan portuqal dilində danışmır və bunun əvəzində ərəb, ivrit, ingilis, ispan və fransız dillərində danışır. Safra sərt rəhbər kimi tanınsa da, çox tez-tez yaxşı işləyən əməkdaşların həyat yoldaşlarına zinət əşyaları bağışlayır.