Niyə İmamların nəsli Peyğəmbərdən aparılır?


Digərləri 15 Apr 2018 20:10:00 282 0

Niyə İmamların nəsli Peyğəmbərdən aparılır?

İmam Musa ibn Cəfər (ə) səhabələrinin yanında buyurur: "Bir gün Harun əl-Rəşid məni yanına çağırmışdı. Daxil olan zaman salam verdim və o, da salamın cavabını verdi. Sonra soruşdu: "Məgər mümkündürmü ki, iki xəlifə insanlardan fidyə tələb etsin?".

Dedim: "Ehtiyatlı ol və İlahi təqvaya riayət et. Məbada düşmənlərimizin yersiz sözlərini qəbul edəsən".

Son.az deyerler.org-a istinadən bildirir ki, Harun dedi: "Sənə bir sual verəcəyəm, əgər cavabını düzgün versən, səni azad edəcəyəm və bundan sonra heç kəsin sənin əleyhinə olan sözünə əhəmiyyət verməyəcəyəm. Hansı səbəblə siz bizdən üstünsünüz? Halbuki, bizlər və sizlər Əbdülmüttəlibin nəslindənik. Əmioğlanlarıyıq?".

İmam (ə) buyurdu: "Ona görədir ki, Abdullah və Əbu Talib bir ata və anadan olmuşdular. Ancaq Abbasın anası bu ikisinin anasından qeyrisi olmuşdur".

Harun dedi: "Özünüzə necə icazə verə bilirsiniz ki, sizi Peyğəmbərin (s) oğlanları kimi çağırsınlar? Halbuki, siz Əli ibn Əbitalibin (ə) övladlarısınız. İnsan atası tərəfindən əcdadlarına qoşular, anasının rolu olmaz?".

İmam (ə) buyurdu: "Əgər Peyğəmbər (s) sağ olsaydı və sənin qızını özünə elçilik etsəydi, qəbul edərdinmi?".