Britaniyalı gimnast Avropa çempionu oldu


Digərləri 15 Apr 2018 15:11:00 230 0

Britaniyalı gimnast Avropa çempionu oldu

Bakıda keçirilən batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında gənclər arasında tamblinq yarışları başa çatıb

Bakı. Ənvər Məmmədov - Bakıda keçirilən batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında gənclər arasında tamblinq yarışları başa çatıb. Trend-in məlumatına görə, britaniyalı idmançı Ceydon Paddok Avropa çempionu olub. Gümüş medalı Dioqo Vilela (Portuqaliya), bürünc medalı Arseni Stepanyan (Rusiya) qazanıb. Qeyd edək ki, Bakıda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.