Polkovnik oğlunun müəmmalı ölümü


Dünya 15 Apr 2018 14:38:42 379 0

Polkovnik oğlunun müəmmalı ölümü

 QRU-nun keçmiş polkovniki, Britaniyada qızı ilə birgə zəhərlənməsi ilə bütün dünyada məşhurlaşmış Sergey Skripalın oğlu Aleksandr 2017-ci ildə çox qəribə hadisələr nəticəsində ölüb.

Virtualaz.org "78.ru" portalına istinadən xəbər verir ki, jurnalistlər Aleksandr Skripalın ölüm səbəblərini və bu hadisənin təfərrüatlarını araşdırmağa çalışıblar.

Mənbə bildirir ki, 2017-ci ilin iyul ayında Aleksandr Skripal yaxın rəfiqəsi Anna Nikiforova ilə birlikdə qatarla Sankt-Peterburqa maşın almağa yollanıb. Məlum olduğuna görə, Aleksandrla birgə yaşamış Anna bir vaxtlar Peterburqda avtomobil satışı sahəsində işləyib.