Məzahir Pənahov: "Bəzi beynəlxalq təşkilat nümayəndələrinin məqsədi səsverməni müşahidə etmək olmayıb"


Digərləri 15 Apr 2018 12:20:52 194 0

Məzahir Pənahov: "Bəzi beynəlxalq təşkilat nümayəndələrinin məqsədi səsverməni müşahidə etmək olmayıb"

"Niyə Azərbaycana müxtəlif standartlar tətbiq olunmalıdır?"

"Bəzi beynəlxalq təşkilatların prezident seçkiləri ilə bağlı mövqeyinə sərt münasibətimizi bildirmişik. Azərbaycan inkişafda olan ölkədir, ölkədəki vəziyyət dünyaya nümunədir".

"Report"un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, hansısa məsələ bəzi Avropa ölkələrinin xoşuna gəlməyə bilər, amma bunu zorla qəbul etdirmək olmaz:

"Niyə Azərbaycana müxtəlif standartlar tətbiq olunmalıdır? Onların məqsədi səsverməni müşahidə etmək olmayıb, məqsədləri başqa olub. Bunun da seçki ilə əlaqəsi yoxdur".