Məzahir Pənahov: ATƏT DTİHB-nın Azərbaycana baxışı düzgün deyil


Digərləri 15 Apr 2018 12:25:42 284 0

Məzahir Pənahov: ATƏT DTİHB-nın Azərbaycana baxışı düzgün deyil

Bu təşkilatın Azərbaycana baxışı düzgün deyil və baxanda aydın olur ki, bu missiya seçki missiyasından daha çox hansısa başqa məqsədlərə xidmət edən nəticəyə qoyur ki, seçkilərlə əlaqəsi yoxdur

Bakı. Elçin Mehdiyev – Bu təşkilatın Azərbaycana baxışı düzgün deyil və baxanda aydın olur ki, bu missiya seçki missiyasından daha çox hansısa başqa məqsədlərə xidmət edən nəticəyə qoyur ki, seçkilərlə əlaqəsi yoxdur. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərlə bağlı hesabatına münasibət bildirərkən deyib. M.Pənahov bildirib ki, Azərbaycanda seçkilər dünyadya nümynə ola biləcək bir səviyyədədir. M.Pənahov bildirib ki, bəzi təşkilatlar öz fikirlərini zorla bizə qəbul etdirmək istəyirər: “Azərbaycanda dünyaya nümunə ola biləcək seçkilər keçirilib. Ola bilər bu bəzi Avropa ölkələrinin xoşuna gəlməyə bilər, amma sivil dünya Azərbaycanı qəbul edir. Seçkilərdə çoxlu tərəflər olur və əlbəttə bunların içərisində xoşagəlməz addım atmaq istəyən insanlar da ola bilər. Ancaq biz Azərbaycan xalqına hörmət tələb edirik. Biz normal seçkilər keçimişik. Əgər belə seçkilər onların xoşuna gələn ölkədə keçirilsəydi, gecə-gündüz bu seçkidən danışadrılar ki, necə yaxşı seçkilər idi”. Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub. Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin