Prezident seçkilərində bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib


Digərləri 15 Apr 2018 11:43:10 139 0

Prezident seçkilərində bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib

Bir sıra seçki məntəqələrində pozuntular aşkar edilib

Aprelin 11-də keçirilən prezident seçkilərində bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib.

"Report"un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib.

O bildirib ki, 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı məntəqəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı seçki məntəqəsi, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı məntəqəsi, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı məntəqəsinin nəticələri ləğv olunub. Onun sözlərinə görə, bu məntəqələrdə pozuntu halı aşkarlanıb.