MSK sədri: "Seçkilərdə namizədlərə bərabər şərait yaradılıb"


Digərləri 15 Apr 2018 11:18:11 177 0

MSK sədri: "Seçkilərdə namizədlərə bərabər şərait yaradılıb"

"Namizədlər qanunun onlara verdiyi hüquqlardan istifadə ediblər"

"Prezident seçkilərini dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri də izləyib. Bu seçki əlamətdar hadisədir".

"Report"un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçkilərdə namizədlərə bərabər şərait yaradılıb.

"Namizədlər qanunun onlara verdiyi hüquqlardan istifadə ediblər. Burada hər hansı çətinlik olmayıb", - deyə o əlavə edib.