Hər gün çiy yumurta içməyin


Digərləri 14 Apr 2018 22:05:00 448 0

Hər gün çiy yumurta içməyin

Yumurta insan sağlamlığı üçün ən faydalı qidalardan biridir. Onun tərkibi dəmir, amin turşuları və antioksidantlarla zəngindir. Orqanizmin düzgün fəaliyyət göstərməsi üçün bədənimiz 11 əvəzolunmaz yağ turşuları istehsal edir, yumurtanın tərkibində isə bunlardan 9-u var. Gündə bir yumurta yemək immun sistemini gücləndirir, stress və gərginliyi azaldır. Adətən yumurtanı suda qaynadaraq, ya da yağda bişirərək yeyirik.

Son.az lent.az-a istinadən xəbər verir ki, amma yumurtanı çiy yeməyin orqanizmə inanılmaz faydaları var.

Qan azlığı

Tərkibində yüksək faizdə dəmir olan çiy yumurta qan azlığı üçün olduqca faydalıdır. Qan azlığı olanlar mütəmadi olaraq istifadə etdikdə mükəmməl nəticə əldə edəcəklər.

Sağlam dəri

Dəri üzərində yığılan ölü hüceyrələri təmizləmək sadəcə dərinin daha elastik və sağlam görünməsi ilə yanaşı, sızanaq və səpkilərin də yaranmasının qarşısını alır.

Ürək sağlamlığı

Yumurta tərkibindəki vitaminlər və minerallar sayəsində ürək xəstəliklərinin qarşısını alır.

Pəhriz

Yumurta xüsusilə pəhriz saxlayanlar üçün idealdır. Çünki uzun zaman toxluq hissi duyulmasını təmin edərək pəhrizi daha da asanlaşdırır.

Hamiləlik

Hamilə şəxslər də yumurtanın faydalarından istifadə etməlidir. Yumurta uşağın ana bətnindəki inkişafı üçün olduqca faydalıdır.