Mütəxəssislər fikirləri oxuya bilən qurğu yaradıblar


Digərləri 14 Apr 2018 21:35:00 291 0

Mütəxəssislər fikirləri oxuya bilən qurğu yaradıblar

Kaliforniya Universitetinin əməkdaşları insan fikirlərini real vaxt rejimində 90 faiz dəqiqliklə mətnə köçürə bilən qurğu yaradıblar. Qurğu cümlənin beyində qurulması prosesində sait və samitlərin kombinasiyasını təhlil edir. Mütəxəssislərin fikrincə, cihaz danışa bilməyən insanlara kömək edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qurğu neyron siqnallarını hesablayır və onları ani olaraq mətnə çevirir. Alimlərin sözlərinə görə, qurğu təkcə bundan əvvəl işlətdiyi sözlərdən deyil, yenilərindən də istifadə edə bilər. İxtira bəzi insanların həyatını yaxşı tərəfə dəyişməyə qadirdir. Lakin alimlər ehtiyat edirlər ki, qurğu bəzi insanlarda gizli fikirləri aşkara çıxaracaq.