Bakıda yeni tunelin inşası yekunlaşmaq üzrədir VİDEO


Digərləri 14 Apr 2018 20:59:00 299 0

Bakıda yeni tunelin inşası yekunlaşmaq üzrədir  VİDEO

Paytaxtın Ziya Bünyadov və hava limanı yolunu birləşdirəcək yeni tunelin inşası yekunlaşmaq üzrədir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, iki hərəkət zolağından ibarət olacaq tuneldə son tamamlama işləri görülür. Yeni asfaltın vurulması üçün yol yatağı hazırlanır.

Burada ''Sabunçu yol qovşağı''na qalxan avtomobillərin tuneldən çıxacaq avtomobillərə mane olmaması üçün uzunluğu 700 metr, eni isə 9 metr olan köməkçi yol da salınır.

Əraziyə cəlb edilən çoxlu sayda texnika ilə hava limanı yolunun köhnə və tikinti zamanı yararsız vəziyyətə düşmüş asfalt örtüyü də qaşınır və hərəkətə mane olmamaq üçün bura qısa zamanda yeni asfalt örtüyü çəkiləcək.


Xəbərə aid video