13 günə 13 kilo arıqla!


Digərləri 14 Apr 2018 20:45:00 304 0

13 günə 13 kilo arıqla!

Artıq xanımlar artıq çəkilərini gizlətmək yox, onlardan xilas olmaq haqqında fikirləşirlər. Bunun ən asan yolu isə pəhrizdir.

Son.az lent.az-a istinadən artıq çəkili qadınlara Yaponiya Dövlət Fizika-Kimya İnstitutunu əməkdaşlarının sınanmış yapon pəhrizini təqdim edir. Bu pəhrizlə 13 gündə 13 kq arıqlamağın mümkün olduğu bildirilir.

Pəhrizin qaydası

Pəhrizə başlamazdan əvvəl yüngül yeməklərə üstünlük verin. Burada göstərilən ərzaqları başqaları ilə əvəz etməyin. Əks halda bu, maddələr mübadiləsini poza bilər.

İlk həftədə bu ərzaqlardan uzaq durun:

Duz - bədənə su yığıb, çəkini artırır.

Şəkər - bədəndə piy qatları yaradır.

Pəhriz zamanı orqanizm susuzluqdan əziyyət çəkir. Ona görə də bu zaman çoxlu qazsız su içmək məsləhətdir. Süd verən analara bu pəhrizi saxlamaq qadağandır.

İlk günlər və pəhrizdən sonrakı ilk həftə

Səhər: Qəhvə.

Nahar: Tərəvəz və yumurta.

Axşam: Yağsız balıq.

Birinci gün:

Səhər: Qəhvə.

Nahar: Suda bişmiş 2 yumurta, kələm salatı, 1 stəkan tomat şirəsi.

Şam: Buğda bişmiş və ya zeytun yağında qızardılmış 200-250 qr. balıq.

İkinci gün:

Səhər: Qəhvə və bir dilim qurudulmuş qara çörək.

Nahar: Suda bişmiş balıq, zeytun yağlı tərəvəz salatı (xiyar, turp, pomidor, kələm və göyərti).

Şam: Suda bişmiş 100 qr. mal əti və 1 stəkan qatıq.

Üçüncü gün: