Skripalın zəhərlənməsində istifadə edilən maddə ABŞ və Britaniyada istehsal olunur


Dünya 14 Apr 2018 20:12:00 276 0

Skripalın zəhərlənməsində istifadə edilən maddə ABŞ və Britaniyada istehsal olunur

Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatın nümunələrini analiz edən İsveçrənin Təhqiqat Mərkəzinin məlumatına görə, Solsberidə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsində "BZ" maddəsindən istifadə edilib. Bu maddə ABŞ və Britaniyada istehsal edilir.

Son.az "Report"a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə siyasəti üzrə Məsləhət Şurasının iclasında deyib.

Rusiyanın XİN başçısı qeyd edib ki, bu maddə Rusiyada və SSRİ-də hazırlanmayıb.