Azərbaycanda toya ən baha gedən müğənni...


Şou-biznes 14 Apr 2018 20:04:00 320 0

Azərbaycanda toya ən baha gedən müğənni...

Nuri Sərinləndirici Azərbaycan müğənniləri arasında ən yüksək məbləğlə çalışan sənətçidir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Bakı şəhərində keçirilən toy məclisini idarə etmək üçün 13 min dollar (22100 manat - red.) qonorar tələb edir. Bu qiymətə canlı orkestr daxildir. N.Sərinləndirici toylarda Jane Shroke adlı əcnəbi müğənni ilə iştirak edir. Qeyd edək ki, onlar uzun müddətdir duet ortağıdırlar. Bir müddət öncə isə cütlüyün artıq ailə həyatı qurduğu bəlli olub.

Nurinin məclislərini isə tanınmış teleaparıcı, hazırda İTV kanalında çalışan Lamiyyə Ələkbərqızı idarə edir. O, həmçinin müğənninin prodüserlik işləri ilə məşğuldur.