Suriya əməliyyatının təfərrüartlarını açıqlandı


Dünya 14 Apr 2018 20:08:00 267 0

Suriya əməliyyatının təfərrüartlarını açıqlandı

Pentaqonda təşkil olunan brifinqdə aprelin 14-də səhərə yaxın Suriyada həyata keçirilən hərbi əməliyyat haqqında ətraflı məlumat verilib.

Son.az APA-ya istinadən xəbər verir ki, ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəsmi nümayəndəsi, general Kennet Makkenzi ABŞ, Britaniya və Faransa tərəfindən Suriyadakı hədəflərə 105 raket buraxıldığını deyib: "Zərbə dəqiq müəyyən olunmuş 3 hədəfə endirilib".  

K. Makkenzi Dəməşq ətrafındakı tədqiqat mərkəzinə 76 raket, o cümlədən 57 "Tomahawk" buraxıldığını söyləyib. Onun fikrincə, bu zərbələr Suriya kimyəvi silah proqramını illərlə geri salacaq: "Biz Dəməşqdə, dünyanın ən yaxşı müdafiə olunan hava məkanlarından biri olan yerdə, 3 binanı uğurla məhv etdik". 

İkinci hədəf Homs əyalətinin qərbində yerləşən kimyəvi silah anbarı olub. Bura 22 raket atılıb. Bu hədəf bütün koalisiya qüvvələrini hücumuna məruz qalıb.