Xətaidə ev yanıb, 3 nəfər təxliyə olunub


Digərləri 14 Apr 2018 18:51:00 349 0

Xətaidə ev yanıb, 3 nəfər təxliyə olunub

Bakı şəhərində yanğın olub.

Son.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Xətai rayonunda ümumi sahəsi 48 m² olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları, ev əşyaları 12 m² sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin və mətbəxin lambirdən ibarət tavanı 14 m² sahədə əriyib. Yanğın zamanı yuxarı mərtəbədən ikisi azyaşlı olmaqla 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunublar.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​