İlya Qrişunin: Azərbaycan Gimnastika Federasiyası yarışların təşkilində hər şeyi xırdalığına qədər nəzərə alır


Digərləri 14 Apr 2018 18:55:00 232 0

İlya Qrişunin: Azərbaycan Gimnastika Federasiyası yarışların təşkilində hər şeyi xırdalığına qədər nəzərə alır

Azərbaycanda keçirilən idman tədbirlərinin səviyyəsi çox yüksəkdir.

Bakı. Cani Babayeva - Azərbaycanda keçirilən idman tədbirlərinin səviyyəsi çox yüksəkdir. Bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında çıxışından sonra Azərbaycan gimnastı İlya Qrişunin deyib. İ.Qrişunin bildirib ki, Milli Gimnastika Arenasında çıxış etmək onun üçün çox rahatdır: "Ona görə yox ki, evdə çıxış edirəm. Ona görə ki, burada ab-hava möhtəşəmdir, azarkeşlər həvəslə dəstəkləyirlər. Bu gün tapşırıq yerinə yetirilir. Ümid edirik ki, finala çıxıb ən güclü səkkizlikdən biri olacağıq".