Ukraynalı gimnast: Azərbaycanlı idmançılar yüksək səviyyədə hazırlaşıb


Digərləri 14 Apr 2018 17:57:54 347 0

Ukraynalı gimnast: Azərbaycanlı idmançılar yüksək səviyyədə hazırlaşıb

Azərbaycanlı idmançılar yüksək səviyyədə hazırlaşıb.

Bakı. Ənvər Məmmədov - Azərbaycanlı idmançılar yüksək səviyyədə hazırlaşıb. Bunu Trend-ə Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında çıxış edən ukraynalı gimnast Anton Davıdenko deyib. "Mən Bakıda ikinci dəfədir ki, çıxış edirəm və burada həyat tərzi, yarışların təşkil olunması, zal, şərtlər, bir sözlə hər şey xoşuma gəlir. Bakı Avropa çempionatına çox yüksək səviyyədə hazırlaşıb. Azərbaycanda yaxşı idmançılar var, rəqabət qeyri-adi dərəcədə yüksəkdir, gimnastların səviyyəsi də yuxarıdır", - deyə ukraynalı gimnast bildirib. A.Davıdenko qeyd edib ki, azarkeşlərin dəstəyi uğurlu çıxış etməyə kömək edir. Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.