Azərbaycanda belə bir genişmiqyaslı idman tədbirinin keçirilməsindən qürur duyuram - Bakıda Avropa çempionatının izləyicisi


Digərləri 14 Apr 2018 16:06:07 306 0

Azərbaycanda belə bir genişmiqyaslı idman tədbirinin keçirilməsindən qürur duyuram - Bakıda Avropa çempionatının izləyicisi

Azərbaycanda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı kimi genişmiqyaslı idman tədbirinin keçirilməsindən qürur duyuram.

Bakı. Cani Babayeva - Azərbaycanda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı kimi genişmiqyaslı idman tədbirinin keçirilməsindən qürur duyuram. Bunu Trend-ə yarışları izləyən tamaşaçı Aygün Musayeva deyib. "Bizim ölkədə peşəkar şəkildə bu cür idman tədbirinin keçirilməsi çox gözəldir. Mən, Bakıda keçirilən gimnastika yarışlarının demək olar ki, hamısını izləyirəm. Uşaqlarım da gimnastika ilə məşğul olur və onlar üçün uğur qazanan idmançıları görmək motivasiyadır. Mənə və uşaqlara bu yarışın necə keçdiyini müşahidə etmək çox maraqlıdır", - Aygün Musayeva deyib. A.Musayeva qeyd edib ki, Avropa çempionatı yüksək səviyyədə təşkil olunub: "Milli Gimnastika arenasında keçirilən bütün tədbirlər yüksək səviyyədə təşkil olunur. Mən hazırlıqla bağlı hər kəsə təşəkkür edirəm". Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.