İsveç gimnastlar: Bakı gözəl təəssüratlar yaradır


Digərləri 14 Apr 2018 15:24:34 269 0

İsveç gimnastlar: Bakı gözəl təəssüratlar yaradır

Bakı yalnız gözəl təəssüratlar yaradır.

Bakı. Ənvər Məmmədov - Bakı yalnız gözəl təəssüratlar yaradır. Bu sözləri Trend-ə İsveç gimnastları Sofiya Redman və Linnea Larsson deyib. Gimnast qızlar bildiriblər: "Sinxron hərəkətlərdə çıxışımızdan razıyıq. Əvvəl həyəcanlandıq, sonra həyəcanı yendik və pis çıxış etmədik, nəticələrimizdən razıyıq". İsveçin idman nümayəndələri həmçinin Bakıda Avropa çempionatı yarışlarının yükək təşkilatçılığını da xüsusi vurğulayıblar: "Təşkilati işlər çox gözəldir. Bu, bizim Avropa çempionatında ilk yarışlarımızdır və Bakı yalnız xoş təəssüratlar yaradır. İçərişəhərdə olduq, qədim binalar, qalalar çox xoşumuza gəldi". Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib. Gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edirlər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq.