Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Prezident İlham Əliyevi təbrik edib


Digərləri 14 Apr 2018 10:53:00 200 0

Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Prezident İlham Əliyevi təbrik edib

Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Bakı. Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin