"Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradığı üçün zərbə endirdi"


Dünya 14 Apr 2018 09:33:00 275 0

"Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradığı üçün zərbə endirdi"

İranın Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələri qətiyyətlə pisləyib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "Al-Manar" telekanalı məlumat yayıb.

"İranın Xarici İşlər Nazirliyi Suriyaya üçqat təcavüzü pisləyir və onun region üçün verə biləcəyi nəticələri barədə xəbərdarlıq edib", - deyə məlumatda qeyd olunub.