Ötən gün 22 cinayət faktı “isti izlər”lə açılıb


Digərləri 14 Apr 2018 09:22:00 193 0

Ötən gün 22 cinayət faktı “isti izlər”lə açılıb

Ötən gün 22 cinayət faktı “isti izlər”lə açılıb

Bakı. Samir Əli - Ötən gün üzrə cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Trend-ə DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 96 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb. Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 8 nəfər xəsarət alıb.