Suriyaya endirilən aviazərbələr nəticəsində 3 nəfər yaralanıb


Dünya 14 Apr 2018 08:39:25 250 0

Suriyaya endirilən aviazərbələr nəticəsində 3 nəfər yaralanıb

Zərbə Homs yaxınlığındakı obyektə endirilib

Səhər saatlarında Suriyaya endirilən hava zərbələri nəticəsində azı 3 nəfər yaralanıb.

"Report" SANA-ya istinadən xəbər verir ki, zərbə Homs yaxınlığındakı obyektə endirilib.

"Homsdakı hərbi bazaya atılan raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, onların istiqaməti dəyişdirilib, nəticədə 3 dinc sakin yaralanıb", - deyə məlumatda bildirilir.

ABŞ prezidenti Donald Tramp cümə günü Suriyaya zərbə endirilməsi barədə göstəriş verib və ABŞ, Fransa və Britaniya hərbi qüvvələri Suriyaya qarşı hərbi əməliyyatlara başlayıb.

Əməliyyatlara Böyük Britaniya və Fransa da qoşulub.