Nataliya Oreyro xəstəxanaya yerləşdirilib


Digərləri 14 Apr 2018 08:30:00 291 0

Nataliya Oreyro xəstəxanaya yerləşdirilib

Həkimlər ona fiziki yorğunluq diaqnozu qoyublar

"Vəhşi mələk" serialından tanınan məşhur aktrisa Nataliya Oreyro təcili xəstəxanaya yerləşdirilib.

Son.az "report"a istinadən bildirir ki, hadisə aktrisanın Tel-Əvivə uçuşu öncəsi baş verib. O, özündə kəskin nasazlıq hiss edib.

Həkimlər Oreyroya fiziki yorğunluq diaqnozu qoyublar.