Yerevanda Sarqsyana qarşı etirazlar


Dünya 14 Apr 2018 08:38:00 220 0

Yerevanda Sarqsyana qarşı etirazlar

Ermənistanda Serj Sarqsyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı etiraz aksiyası keçirənlər Yerevanın mərkəzində yerləşən Opera və Balet Teatrının binası qarşısında yürüşü başa vurublar.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda etirazçılar Fransa meydanında çadırlar qurublar və orada gecələməyə hazırlaşırlar.

Aksiyanın koordinatoru, "Yelk" müxalifətyönlü parlament fraksiyasının rəhbəri, "Mülki müqavilə" partiyasının lideri Nikol Paşinyan meydana toplaşanları gecələmək üçün ədyal və karton gətirməyə çağırıb: "Əgər iştirakçıların sayı aksiyanın Qapalı bazaradək uzanacaq qədər artarsa, hakimiyyətin dəyişəcəyinə mən zəmanət verirəm".