“YouTube”a haker hücumu


Digərləri 14 Apr 2018 07:22:00 245 0

“YouTube”a haker hücumu

"YouTube" haker hücumuna məruz qalıb və aralarında ən çox izlənən video - "Despacito" mahnısının klipi də daxil olmaqla, bir çox populyar video silinib.

Son.az lent.az-a istinadən xəbər verir ki, hücumu özünü "Prosox and Kuroi'sh" adlandıran fələstinli haker qrupu həyata keçirib.

Puerto Rikodan olan ifaçılar Luis Fonsi və Deddi Yankinin "Despacito"su ilə bərabər Şakira, Teylor Svift, Selena Qomes, reper Dreyk və digər tanınmış sənətçilərin klipləri də silinib. Əslində hakerlər bu kliplərin yerləşdirildiyi "Vevo" platformasının musiqi səhifələrini "sındırıblar", nəticədə oradakı videolar yoxa çıxıb.