“Lotu Quli”nin yaxın adamını öldürən 6 nəfər saxlanıldı, biri ermənidir


Dünya 13 Apr 2018 20:42:10 309 0

“Lotu Quli”nin yaxın adamını öldürən 6 nəfər saxlanıldı, biri ermənidir

8 apreldə Türkiyənin Antalya şəhərinin Kəmər qəsəbəsində baş verən, Rusiya və Türkiyənin gündəmini zəbt edən cinayət barədə detallar üzə çıxıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin gün Arslanbucaq məhəlləsində bir nəfər öldürülmüş, bir gənc isə yaralanmışdı.

Hadisədən sonra əraziyə cəlb edilən polislər onların üstündən saxta şəxsiyyət vəsiqəsi aşkarlamışdı. Aparılan araşdırmalar zamanı həmin şəxslərin, əslində, gürcü kriminal avtoritet "Giya" ləqəbli Qayoz Zviadadze Lonqinozoviç və mühafizəçisi Giqa Qiorkelidze olduğu müəyyənləşib.

Məlumata görə, onlar villalarına yaxınlaşan zaman naməlum şəxslər "Giya" və mühafizəçisini atəşə tutublar. Başından vurulan Qayoz Zviadadze yerindəcə ölüb. 27 yaşlı mühafizəçi isə ayağından yaralanıb.

Cinayətkarlar hadisə yerindən qaçaraq istifadə etdikləri avtomobili boş ərazidə tərk ediblər. Lakin bu da cinayətkarların polislərdən qaçmağına mane olmayıb.Həmin atvomobilin kirayə götürüldüyü, nömrənin isə saxta olduğu dəqiqləşdirilib. 


Xəbərə aid fotolar