Azərbaycan gimnastı ikili minibatutda Avropa Çempionatının finalına çıxdı


Digərləri 13 Apr 2018 18:36:17 307 0

Azərbaycan gimnastı ikili minibatutda Avropa Çempionatının finalına çıxdı

Azərbaycan gimnastı Selcan Maqsudova Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa çempionatında ikili mini-batut yarışlarında finala çıxıb.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan təmsilçisi 64,500 bal toplayıb.

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı davam edir. Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada aprelin 15-dək davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirir.

Ötən gün Azərbaycan gimnastı Mixail Malkin tamblinq yarışlarında finala yüksəlib.