Füzulidə kənd ərazisində min ədəd patron tapılıb (FOTO)


Digərləri 13 Apr 2018 18:24:00 261 0

Füzulidə kənd ərazisində min ədəd patron tapılıb (FOTO)

Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində patronun tapılması barədə məlumatlar daxil olub.

Bakı. Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində min ədəd patron tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 00:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 00:13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində patronun tapılması barədə məlumatlar daxil olub.