Kreml "Telegram" mesencerinin bloklanmasını şərh etdi


Dünya 13 Apr 2018 17:20:00 340 0

Kreml "Telegram" mesencerinin bloklanmasını şərh etdi

Kreml Rusiyada "Telegram" mesencer proqramının bloklanması qərarına münasibət bildirib.

Son.az report-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söhbətin qanunun tələblərini yerinə yetirməməkdən yox, istifadəçilərin hüquqlarını pozmaqdan getdiyini bildirib.

"Rusiya Federasiyasının müvafiq orqanlara müəyyən məlumat toplusu verilməsini tələb edən qanunu var. Bu şərtin yerinə yetirilməsi razılıq əldə etməyə imkan verirdi, lakin, təəssüf ki, belə konsensusu əldə etmək mümkün olmadı", - D.Peskov jurnalistlərə deyib.