Qəzza sektoru sərhədində yenidən toqquşmalar olub, yaralananlar var


Dünya 13 Apr 2018 16:14:55 287 0

Qəzza sektoru sərhədində yenidən toqquşmalar olub, yaralananlar var

Hərbçilər döyüş patronlarından, eləcə də gözyaşardıcı qazdan istifadə edirlər

Bu gün minlərlə fələstinli yenidən İsrailin silahlı qüvvələri ilə etirazçılar arasında qarşıdurmaların baş verdiyi Qəzza sektoru yaxınlığında toplaşıb.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, toqquşmalar nəticəsində 8 fələstinli yaralanıb.

İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi bildirib ki, hərbçilər döyüş patronlarından, eləcə də gözyaşardıcı qazdan istifadə edirlər.

Qeyd edək ki, İsrail ordusu ilə fələstinlilər arasında qarşıdurmalar ardıcıl üçüncü həftədir davam edir.