KİV: ABŞ-a məxsus 7 kəşfiyyat təyyarəsi Rusiya bazalarının üzərindən uçuşlar edib


Dünya 13 Apr 2018 15:55:44 298 0

KİV: ABŞ-a məxsus 7 kəşfiyyat təyyarəsi Rusiya bazalarının üzərindən uçuşlar edib

Rusiya və ABŞ məsələ ilə bağlı rəsmi açıqlama verməyib

ABŞ-a məxsus 7 kəşfiyyat təyyarəsi Suriyanın Hmeymim və Tartusdakı Rusiya hərbi hava bazalarının üzərindən uçuşlar edib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə dünya hərbi uçuşları izləyən “Mil Radar” sistemi “Twitter” səhifəsində yazıb.

ABŞ-ın 6 “P-8A Poseidon” tipli casus təyyarəsi ilə 1 “EP-3 Aries II” təyyarəsi kəşfiyyat uçuşu edib.

Rusiya və ABŞ məsələ ilə bağlı rəsmi açıqlama verməyib.