Dövlət Dumasında Rusiyanın ABŞ sanksiyalarına qarşı cavabının təfərrüatları açıqlanıb - YENİLƏNİB


Dünya 13 Apr 2018 15:11:00 259 0

Dövlət Dumasında Rusiyanın ABŞ sanksiyalarına qarşı cavabının təfərrüatları açıqlanıb - YENİLƏNİB

Əks tədbirlər haqqında qanun layihəsi ABŞ istehsalı olan kənd təsərrüfatı, alkoqol və tütün məmulatları idxalına qadağanı əhatə edir

Rusiyanın ABŞ sanksiyalarına qarşı cavab tədbirlər haqqında qanun layihəsi ABŞ istehsalı olan kənd təsərrüfatı, alkoqol və tütün məmulatları idxalına qadağanı əhatə edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının birinci vitse-spikeri İvan Melnikov bildirib.

O əlavə edib ki, layihədə ABŞ nümayəndələrinin Rusiyada mülkiyyətin özəlləşdirilməsində iştirakına qadağa qoyulması da yer alıb.

Qeyd edilib ki, qanun layihəsi vətəndaşların şəxsi istifadəsi üçün nəzərdə tutulanmalların idxalına tətbiq edilmir.

LDPR fraksiyasının lideri Vladimir Jirinovskinin sözlərinə görə, hökumət yeni sanksiyalar haqqında qanun layihəsi çərçivəsində Rusiyaya daxil olması qadağan ediləcək ABŞ vətəndaşlarının siyahısını da müəyyənləşdirəcək.

*** 12:32

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və fraksiyaların rəhbərləri ABŞ sanksiyalarına cavab tədbirlərini nəzərdə tutan qanun layihəsini müzakirəyə təqdim edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

V.Volodin jurnalistlərə bildirib ki, qanun layihəsi Dövlət Dumasının Şurasında bütün fraksiyaların nümayəndələrinin iştirakı ilə müzakirəyə çıxarılacaq, regionlara göndəriləcək, ekspertlərlə və hökumətlə işləniləcək. Bundan sonra Dövlət Dumasının növbəti iclasında müzakirəyə çıxarılacaq.