Elxan Ələsgərov: ABŞ Rusiyadan “İsgəndər” raketlərinin alınmasına görə Ermənistana qarşı sanksiyalar tətbiq edəcək


Digərləri 13 Apr 2018 14:43:09 190 0

Elxan Ələsgərov: ABŞ Rusiyadan “İsgəndər” raketlərinin alınmasına görə Ermənistana qarşı sanksiyalar tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp ötən ilin avqustunda Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə qanun imzaladı.

Bakı. ABŞ Prezidenti Donald Tramp ötən ilin avqustunda Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə qanun imzaladı. Bu qanuna əsasən, Rusiyanın hərbi-sənaye kompleksinin müştərilərinə qarşı iri müqavilələrin imzalanacağı təqdirdə sanksiyalar tətbiq olunacaq. ABŞ-ın Maliyyə Nazirliyi artıq 38 rusiyalı biznesmen, vəzifəli şəxs və şirkət, o cümlədən hərbi-sənaye kompleksinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Dövlət Departamentindən Rusiyaya qarşı mövcud sanksiyalar rejimini pozan ölkə və şəxslər barəsində dərhal cəza tədbirlərinin qəbul ediləcəyini bəyan ediblər. Qeyd olunur ki, rejimi pozan istənilən dövlət barəsində “tərəddüdsüz sanksiyalar tətbiq olunacaq”. Aydındır ki, ABŞ Ermənistana qarşı Rusiyanın əməliyyat-taktiki “İsgəndər” raketlərini, eləcə də Moskvanın verdiyi 200 milyon dollar həcmində hərbi kredit çərçivəsində alınan hərbi texnikanın əldə olunmasına görə sanksiyalar tətbiq edəcək. Rusiyalı rəsmi şəxslərin bəyanatlarına görə, Ermənistana 2018-ci ildə növbəti hərbi texnika partiyasının tədarük olunması üçün Rusiya bu ölkəyə 100 milyon dollar həcmində əlavə kredit ayıracaq. Əvvəlkilərdən fərqli olaraq, yeni kredit faizsiz təqdim olunacaq. Bu vəsaitlərlə Ermənistan yeni “İsgəndər” kompleksləri alacaq ki, bunlar da Azərbaycanın mülki və infrastruktur obyektlərinə tuşlanacaq. Ermənistan tərəfindən Rusiyadan ağır silahların və raketlərin alınması Vaşinqtonun siyasətinə ziddir və bunun nəticəsində ABŞ reaksiya göstərəcək. ABŞ-dakı erməni lobbisi isə Vaşinqtonun reaksiyasını yumşaltmağa və ya qarşısnı almağa qadir deyil, çünki D.Tramp administrasiyası onun qoyduğu qaydaları pozan ölkələrlə münasibətdə aqressiv siyasət yürüdür. Beynəlxalq arenadakı vəziyyət son həddədək gərginləşib. Rusiyanın maraqlarına qarşı sanksiyalar paketi kifayət qədər ciddidir və heç bir şübhə yoxdur ki, ABŞ Ermənistan üçün istisnalar etməyəcək. Ona görə də aydındır ki, ABŞ Rusiyadan “İsgəndər” raketlərinin alınmasına görə Ermənistana qarşı sanksiyalar tətbiq edəcək.