Əfqanıstanda hərbi hissəyə hücum olub, 10 hərbçi ölüb, 2-si yaralanıb


Dünya 13 Apr 2018 14:30:09 257 0

Əfqanıstanda hərbi hissəyə hücum olub, 10 hərbçi ölüb, 2-si yaralanıb

Hücumdan sonra terrorçular silah-sursat oğurlayıblar

Əfqanıstanda “Taliban”terrorçuqruplaşmasının avtomobillə hərbi hissəyə hücumu nəticəsində azı 10 hərbçi ölüb, 2-si yaralanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Şindand rayonunun icra başçısı Şükrülla Şaker deyib.

Bildirilib ki, hadisəaprelin 13-dəƏfqanıstanın şimal-qərbində yerləşən Herat əyalətinin Şindand rayonunda gecə saatlarında baş verib.

Hücumdan sonra terrorçular silah-sursat oğurlayıblar.