Tatyana Anodina: "Mən dahi Heydər Əliyevi və onun böyük siyasi irsini həmişə sevgi hissi ilə xatırlayıram"


Digərləri 13 Apr 2018 14:36:00 273 0

Tatyana Anodina: "Mən dahi Heydər Əliyevi və onun böyük siyasi irsini həmişə sevgi hissi ilə xatırlayıram"

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Yüksək demokratiya şəraitində keçən Azərbaycan Respublikası Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin. Həyata keçirdiyiniz siyasətin, dövlət proqramlarının və planların Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi, heç şübhəsiz, Sizə çox böyük inamın, sabitliyi və iqtisadi inkişafı təmin edən siyasi xəttinizin düzgün olduğunun əyani təsdiqidir. Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası dünyada azad, hüquqi və firavan dövlətlərdən birinə çevrilib.

Seçkilərdə Sizin inamlı qələbənizə qəti əmin idim. Çünki Azərbaycanın uğurlarını və azərbaycanlıların Sizə səmimi münasibətini, həyata keçirdiyiniz sosial-iqtisadi siyasətin dəstəkləndiyini kimdənsə eşitməmişəm, özüm bunun şahidiyəm.

Aviasiya ictimaiyyəti adından Sizə səmimi qəlbdən dövləti və beynəlxalq məsələlərdə daha böyük uğurlar və yeni nailiyyətlər, aydın səma arzu edirəm. Mən dahi Heydər Əliyevi və onun böyük siyasi irsini həmişə sevgi hissi ilə xatırlayıram".