"Azərbaycanda uşaq əməyinin istismarı halları minimuma enib" FOTO


Digərləri 13 Apr 2018 14:01:00 314 0

"Azərbaycanda uşaq əməyinin istismarı halları minimuma enib"  FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat-marifləndirmə məqsədilə Lənkəran və Masallı rayonlarında seminar-müşavirələr təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Lənkəran şəhər 2 saylı tam orta məktəbdə "Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda keçirilən tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və 9 saylı region (Lənkəran, Astara, Lerik) üzrə Dövlət Əmək Müfəttişliyinin, rayon Polis şöbəsinin, Lənkəran, Lerik və Astara rayon təhsil şöbələrinin, Lənkəran şəhər Peşə Liseyinin, Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin, həmin rayonlardakı ayrı-ayrı işəgötürənlərin nümayəndələri, bir sıra məktəblərin yuxarı sinif şagirdləri, müəllimləri iştirak ediblər. Xidmətin sektor müdiri Emil Allahverdiyev uşaq əməyinə münasibətdə qanunvericilikdə əksini tapan prinsiplər barədə maarifləndirmənin aparılmasının önəmini qeyd edib, hazırkı tədbirin də bu məqsədə yönəldiyini vurğulayıb.

Seminar-müşavirədə ölkəmizin hələ 13 yanvar 2004-cü il tarixdən Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" 182 nömrəli konvensiyasına qoşulduğu, uşaq əməyinə münasibətdə Azərbaycanda mütərəqqi beynəlxalq normalara uyğun qanunvericiliyin mövcud olduğu qeyd edilib. Bildirilib ki, "Uşaq əməyi" termini adətən elə işlərə aid edilir ki, uşağın fiziki və mənəvi inkişafına mənfi təsir göstərir. BƏT-in məlumatına əsasən dünyada 246 milyondan çox 5 yaşından 14 yaşına qədər uşaq əmək fəaliyyəti ilə məşğuldur. Həmin uşaqlardan təxminən 180 milyonu təhlükəli şəraitdə çalışır və onların əməyindən qanunsuz istifadə edilir. Həmçinin 75 milyondan çoxu ibtidai təhsil almadan erkən yaşlarda əməyə cəlb edilmiş uşaqlardır. Azərbaycanda isə aparılan fəal dövlət siyasəti, aidiyyatı qurumların həyata keçirdikləri birgə tədbirlər uşaq əməyinin istismarı hallarının minimuma enməsinə imkan verib.


Xəbərə aid fotolar