Gənclər Fondu və UNICEF arasında əməkdaşlığın əsası qoyuldu (FOTO)


Digərləri 13 Apr 2018 13:41:00 256 0

Gənclər Fondu və UNICEF arasında əməkdaşlığın əsası qoyuldu (FOTO)

Aprelin 12-də BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin və UNİCEF-in gənc və yeniyetmələrin inkişafı üzrə mütəxəsisi Aida Ailarova Gənclər Fondunun qonaqları olub.

Bakı. Aprelin 12-də BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin və UNİCEF-in gənc və yeniyetmələrin inkişafı üzrə mütəxəsisi Aida Ailarova Gənclər Fondunun qonaqları olub. Fonddan Trend-ə verilən məlumata görə, görüş çərçivəsində UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov arasında razılaşma məktubu imzalanıb.