ABŞda sanksiyalar üzrə baş məmur vəzifəsindən ayrılır


Dünya 13 Apr 2018 13:15:00 274 0

ABŞda sanksiyalar üzrə baş məmur vəzifəsindən ayrılır

Onun yerinə müvəqqəti əsasda müavini Andrea Qatski təyin olunub

ABŞ Maliyyə Nazirliyinin sanksiyaların icrası üçün məsul olan strukturunun (Office of Foreign Assets Control - OFAC) rəhbəri Con Smit may ayında vəzifəsindən ayrılacaq.

Bu barədə Son.az report-a istinadən xəbər verir.

D.Smit quruma 2015-ci ilin fevral ayından rəhbərlik edir və ona qədər 11 il ərzində OFAC-də çalışıb. Qurumun rəhbəri vəzifəsinə müvəqqəti əsasda onun müavini Andrea Qatski təyin olunub.

Yerli KİV D.Smitin istefasının şəxsi səbəblərlə bağlı olduğunu yazır.