Binəqədidə "İlhamla İrəli!" möhtəşəm konsert proqramı baş tutub


Digərləri 13 Apr 2018 13:18:02 223 0

Binəqədidə "İlhamla İrəli!" möhtəşəm konsert proqramı baş tutub

Binəqədi sakinləri İlham Əliyevin bu parlaq qələbəsini Heydər Əliyev adına istirahət parkında "İlhamla İrəli!" möhtəşəm konsert proqramı ilə qeyd ediblər.

Bakı. Aprelin 11-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq seçki marafonunun qalibi olub. Bu münasibətlə Binəqədi rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon Təşkilatının təşkilatçılğı ilə rayon sakinləri İlham Əliyevin bu parlaq qələbəsini Heydər Əliyev adına istirahət parkında "İlhamla İrəli!" möhtəşəm konsert proqramı ilə qeyd ediblər. Trend-in məlumatına görə, nəticələr elan edildikdən sonra YAP Binəqədi rayon təşkilatının fəal gənclərinin iştirakı ilə qələbə tortu kəsilib. Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov xoş xəbəri tədbir iştirakçılarına çatdırıb və bu möhtəşəm qələbəni tarixi gün adlandırıb. O əmin olduğunu bildirib ki, qarşıdakı 7 il ərzində ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atacaq.