Məşhur tikinti şirkətinin rəhbər işçilərinin məhkəməsi başladı


Digərləri 13 Apr 2018 11:12:05 216 0

Məşhur tikinti şirkətinin rəhbər işçilərinin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Emin Gül, Nicat Məmmədov, Cavid Qurbanov və cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Emin Gül, Nicat Məmmədov, Cavid Qurbanov və cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslərin vəkilləri cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.