Masallıda avtomobil aşdı:


Digərləri 13 Apr 2018 10:50:00 287 0

Masallıda avtomobil aşdı:

Masallı rayonunda "VAZ 2107" markalı minik maşınının aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son.az APA-a istinadən xəbər verir ki, xəsarət alan şəxslər rayonun Kalinovka kənd sakinləri - 1996-cı il təvəllüdlü Elvin Fərzəliyev, 1997-ci il təvəllüdlü Orxan Bağırov, 1980-ci il təvəllüdlü İnşallah Məmmədov və 1978-ci il təvəllüdlü Rəsul Calıyevdir.

Onlar təcili yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda onların müalicəsi travmatologiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.