Alim öləndən sonra da mövzuya şərh verdi


Digərləri 12 Apr 2018 23:20:00 304 0

Alim öləndən sonra da mövzuya şərh verdi

Ağa Seyyid Ziyyaddin Dərri, bir nömrəli vaizlərdən olmuşdur. Həyatının son illərində minbər başında olan zaman bir cavan ona bir sual verir.

Məhərrəm ayının 7-si və ya 8-i idi. O, Hafizin şeirindən bir beyt oxuyur və onu mənalandırmasını istəyir.

Şeirdə deyilirdi: "Qoca Muğanam ki, məndən incimə, ey Şeyx. Çünki vədəni sən etdin, o, yerinə yetirdi".

Son.az deyerler.org-a istinadən bildirir ki, Ağa Dərri şeiri belə mənalandırır: "Həzrət Adəmə (ə) buğda ağacından buğda yemək qadağan edilmişdi. Ancaq Əmirəl-möminin (ə) bu qadağaya ömrünün axırına qədər riayət edərək, o vədəyə əməl etdi. Hafizin bu beytdə xitab etdiyi Şeyx - Həzrət Adəmdir (ə) ki, behiştdə buğda ağacından yeməyəcəyini vədə vermişdi, ancaq ona əməl etməmişdi.

Allahın əmrindən yayınmışdı. Qoca Muğan isə Əmirəl-Möminindir (ə) ki, bütün ömrü boyu buğda çörəyi yemir. Onun vədəsinə əməl etməməsinin əvəzini verir".