Ələt qəsəbəsində tapılan daş parçaları sakinlərin marağına səbəb olub VİDEO


Digərləri 12 Apr 2018 21:03:00 333 0

Ələt qəsəbəsində tapılan daş parçaları sakinlərin marağına səbəb olub  VİDEO

Qaradağ rayonunun Ələt qəsəbə sakinləri qeyri-adi daş tapıblar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki,  Anar Əkbərov Hacıqabul rayonuna atasının məzarını ziyarətə gedərkən məzarın üzərində parıltılı daşların olduğunu görüb. Daş qırıntıları qaya parçasına oxşasa da, onların parıltılı olması və üzərlərinə günəş şüaları düşərkən işıq saçması marağa səbəb olub. Qəbiristanlıqda bir yox, bir neçə bənzər daş parçaları tapılıb. Ailə üzvləri deyirlər ki, məzarların yerləşdiyi ərazi düzənlik və qumsaldır. Onlar daşların meteorid qırıntıları olduğunu güman edirlər. Anar Əkbərov qeyri-adi daşların dəqiq yoxlanılması üçün mütəxəssislərə müraciət edəcək.