Cavid Qurbanov gənc yazara ev bağışlayıb?


Digərləri 12 Apr 2018 18:50:00 248 0

Cavid Qurbanov gənc yazara ev bağışlayıb?

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Kəramət Böyükçölə ev bağışlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bununla əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-dən Son.az-a daxil olan məktubda bu xəbərlərin həqiqətə uyğun olmadığı deyilir: "Son günlər bəzi elektron KİV-lərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Kəramət Böyükçölə ev bağışlanması haqqında həqiqətə söykənməyən məlumatlar yayılır.

Məlumat üçün bildiririk ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir. Qeyd edim ki, Dəmir yolunda uzun illərdir məsuliyyətli və gərgin əməyə qatlaşan yüzlərlə dəmiryolçu mənzil növbəsində dayanıb. Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunana qədər dəmiryolçulara mənzil verilməsi dayandırılmışdır. İndi yenidən bu məsələyə xüsusi diqqət ayrılması görünür kimlərisə narahat edir.

Bir müddət bundan əvvəl də KİV-lərdə bu tipli dezinformasiyalar dövriyyəyə buraxılmışdır. O zaman Cavid Qurbanov bildirmişdir ki, qələm adamlarına mənzil verilməsi kimi humanist məsələ ancaq ölkə başçısının səlahiyyətindədir. Mənim xidməti vəzifəmin sosial istiqamətinə ancaq dəmiryolçuların mənzil probleminin həlli daxildir.