Azarkeşlər taksi sürücüsünün zorakılığının qurbanı oldu


Dünya 12 Apr 2018 18:30:00 299 0

Azarkeşlər taksi sürücüsünün zorakılığının qurbanı oldu

Avropa Liqasının 1/4 final mərhələsində Rusiyanın MOİK klubunun qonağı olacaq İngiltərə "Arsenal"ının iki azarkeşi Moskvada taski sürücüsünün zorakılığının qurbanı olub.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə BBC-nin müxbiri Sara Reynsford şəxsi "Twitter" hesabında yazıb. Taksi sürücüsü Lubyankadan Pyatnitskaya küçəsinə apardığı fanatlardan 10 min rubl (222 manat) tələb edib. Lakin fanatlar 4 km məsafə üçün bu məbləği ödəməyə razı olmayıblar.

Pulu ala bilməyən sürücü ingiltərəli azarkeşləri taksidə bağlı saxlayıb və onun lisenziyasının şəklini çəkməyə imkan verməyib. Çıxılmaz vəziyyətdə qalan qonaqlar 10 min rubl ödəməli olublar.