Yasamalda iki ev yanıb


Digərləri 12 Apr 2018 18:06:50 252 0

Yasamalda iki ev yanıb

Bakının Yasamal rayonunda yanğın olub.

Bakı. Bakının Yasamal rayonunda yanğın olub. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 30 kv.m sahədə, yaxınlıqdakı ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 16 kv.m sahədə əriyib.