Goran-Kürəkçay mənzilində 5 km yol əsaslı təmir olunur (FOTO)


Digərləri 12 Apr 2018 14:12:00 210 0

Goran-Kürəkçay mənzilində 5 km yol əsaslı təmir olunur (FOTO)

Aprelin 12-də Goran-Kürəkçay mənzilində 5 km yolun əsaslı təmirinə başlanılıb

Bakı. Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, aprelin 12-də Goran-Kürəkçay mənzilində 5 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri 4 gün davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.